Antiterror əməliyyatlarının ildönümü münasibətilə İkinci Fəxri xiyabanda anım mərasimi keçirilib
Sentyabrın 19-da Qarabağda keçirilən lokal antiterror tədbirlərinin ildönümü münasibətilə İkinci Fəxri xiyabanda anım mərasimi keçirilib.
YeniAvropa xəbər verir ki, mərasimdə Müdafiə Nazirliyinin rəsmiləri və şəxsi heyəti, icra hakimiyyətlərinin əməkdaşları, şəhidlərin ailə üzvləri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir ərazi bütövlüyümüz və suverenliyimiz naminə canında keçən qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Mərasimdə bildirilib ki, antiterror əməliyyatlarının keçirilməsində məqsəd Qarabağda yerləşən Ermənistanın qanunsuz silahlı birləşmələrinin və separatçı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması idi. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatına əsasən separatçı qüvvələr Azərbaycan ərazisini tərk etməli olsalar da, Ermənistan rəhbərliyi və onların havadarlarının köməyi nəticəsində həmin hərbi birləşmələr ərazimizdə qalmaqla dinc əhaliyə, hərbi qulluqçulara qarşı terror xarakterli əməliyyatlar həyata keçirməyə davam edirdi. Bunun nəticəsində həm mülki vətəndaşlar, həm də hərbi qulluqçularımız arasında itkilərimiz, şəhidlərimiz olurdu. Buna görə də lokal xarakterli antiterror tədbirlərinin keçirilməsi qərarı alındı. Əməliyyat zamanı Azərbaycan Ordusu dünya hərb tarixində görünməyən müddətdə - təxminən 23 saat ərzində Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazisində çıxarmaqla bərabər, onları kapitulyasiyaya imza atmağa məcbur etdi. Ordumuzun bu qələbəsi ölkə rəhbərliyinin, xalqımızın Silahlı Qüvvələrimizə olan inamından irəli gəlirdi. Antiterror əməliyyatları zamanı hərbi qulluqçularımız böyük rəşadət və qəhrəmanlıq nümunələri göstərdilər. Təəssüf ki, həmin hərbi əməliyyatlar zamanı şəhadətə yüksələn əsgərlərimiz və zabitlərimiz də oldu. Onların hər biri böyük ehtiram və hörmətlə anılır, canları, qanları bahasına bəxş etdiyi Zəfərə görə minnətdarlıq bildirilir.
Sonra şəhid hərbi qulluqçuların məzarları ziyarət olunub, məzarları önünə tər çiçəklər düzülüb, əklil qoyulub, ruhlarına dualar oxunub.
İlham Əliyev Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda aparılan işlərlə tanış olub
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında tanıdılıb
Ağdam şəhərində “İmarət” stadionunun təməli qoyulub
“Azercell Biznes”in yeni “İnfoHUB” xidməti ilə biznesinizin məlumat bazası və cavablarınız bir mərkəzdə!
Azərbaycandakı ali məktəblərdə 6680 əcnəbi təhsil alır
İlham Əliyev Ağdamda bir sıra açılışlarda iştirak edib
Komitə sədri Rusiya müsəlmanlarının qurultayında iştirak edəcək
Ağdamda elektrik avadanlıqları istehsalı zavodu açılıb
Sabah Bakıda arabir yağış yağacaq,25° isti olacaq
Ağdam Sənaye Parkında ayaqqabı fabrikinin açılışı olub
“ADEX-2024” sərgisində 38 ölkədən 270-dək şirkət iştirak edəcək
Azərbaycan Ticarət Forumu keçiriləcək
İlham Əliyev Ağdamda səfərdədir
Bakıda Kəlağayı festivalı keçiriləcək
Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyada rəsmi səfərdədir
Antiterror əməliyyatlarının ildönümü münasibətilə İkinci Fəxri xiyabanda anım mərasimi keçirilib
Yol polisinin tələbinə riayət etməyən sürücü həbs edilib
Bakıda “Yaşıl iqtisadiyyat naminə kibertəhlükəsizlik” mövzusund konfrans keçirilir
20 sentyabr Azərbaycanda Dövlət Suverenliyi Günü olacaq
Azərbaycan QHT-ləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb
Azərbaycan nefti 76,97 dollara satılır
Xəzərdə 4 ballıq zəlzələ olub
"Bakcell"dən abunəçilərə geniş seçim imkanı verən "Star" tarifi
Ermənistanın sülhlə bağlı təkliflərə 70 gün ərzində cavab verməsi suallar doğurur