logo

Azərbaycan Ticarət Forumu keçiriləcək

12:21 19-09-2024 | icon 280
Azərbaycan Ticarət Forumu keçiriləcək

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının birgə təşkilatçılığı, “PAŞA Holdinq”in dəstəyi ilə oktyabrın 1-də Azərbaycan Ticarət Forumu keçiriləcək.

KOBİA-danYeniAvropa-ya bildirilib ki, “KOB-lar üçün imkanlar, mövcud vəziyyət və çağırışlar” mövzusuna həsr olunacaq forumun məqsədi sahibkarların iştirakı ilə idxal-ixrac əməliyyatları ilə bağlı mövcud vəziyyəti və imkanları, onların ixracda payının artırılmasını və ticarət sahəsində əməkdaşlıq perspektivlərini müzakirə etməkdir.

Forumda dövlət rəsmilərinin, idxal-ixrac, istehsalat, logistika, gömrük təmsilçiliyi və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Azərbaycan Ticarət Forumu ilə bağlı ətraflı məlumat və qeydiyyatdan keçmək üçün: https://forum2024.agtl.org.az/#form