logo

Azərbaycandakı ali məktəblərdə 6680 əcnəbi təhsil alır

14:34 19-09-2024 | icon 273
Azərbaycandakı ali məktəblərdə 6680 əcnəbi təhsil alır

Azərbaycanın dövlət və qeyri-dövlət ali təhsil müəssisələrində 2023-2024-cü tədris ilində bakalavriat və magistratura səviyyələrində xarici ölkələrin 6680 vətəndaşı təhsil alıb. Onların 891-i MDB ölkələrinin, 5789-u isə digər ölkələrin payına düşür. Əcnəbi tələbələrin sırasında Türkiyə, Suriya, Pakistan, İran, İraq, Hindistan, Gürcüstan, Qazaxıstan, Rusiya və Çin vətəndaşları üstünlük təşkil edirlər.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yenicə çapdan çıxmış “Azərbaycanda təhsil, elm və mədəniyyət-2024” adlı məcmuəsində əks olunub. Məcmuədə bildirilir ki, Azərbaycanın dövlət və qeyri-dövlət ali təhsil müəssisələrində ötən tədris ilində 6223 əcnəbi təhsil alıb. Bu rəqəm 2005/2006-cı tədris ilində isə 3073 nəfər olub. Bu isə ölkəmizin ali məktəblərində təhsil alan əcnəbi tələbələrin sayının artdığını göstərir.

Nəşrin 2023-2024-cü tədris ilinin əvvəlinə olan məlumatına görə, xarici ölkələrdə dövlət xətti ilə təhsil alan Azərbaycan vətəndaşlarının sayı 997 nəfər olub. Onların 217-si MDB-yə üzv olan ölkələrdə, 780-i isə digər ölkələrdə təhsil alır.