Noyabr ayında ardıcıl 6 gün iş olmayacaq.
Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.
YeniAvropa xəbər verir ki, bu barədə baş nazir Əli Əsədov sentyabrın 18-də qərar imzalayıb.
İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə imzalanan qərara əsasən 2024-cü il 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib.
Qeyd edək ki, 8 noyabr tarixi Azərbaycanda Zəfər Günü, 9 noyabr isə Bayraq Günüdür.
Noyabrın 9-u şənbə gününə düşdüyündən Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” müvafiq qərarına əsasən, noyabrın 11-i də qeyri-iş günü olacaq.
Bununla da noyabr ayında ardıcıl olaraq 6 gün (8, 9, 10, 11, 12 və 13 noyabr) iş olmayacaq. Növbəti iş günü isə noyabrın 14-də olacaq.