XİN Niderlandın Azərbaycana qarşı qərəzli mövqeyini pisləyib
Təəssüf ki, Niderland tərəfi növbəti dəfə Azərbaycana və postmünaqişə dövründə regiondakı mövcud vəziyyətə münasibətdə qərəzli yanaşma nümayiş etdirir.
YeniAvropa xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Niderland Krallığı tərəfindən sentyabrın 13-də dərc olunmuş hökumət proqramının “Beynəlxalq təhlükəsizlik” bölməsində yer alan iddialarla bağlı yerli medianın sualına cavabında bildirib.
Mətbuat katibi, həmçinin qeyd edib: “Əvvəla bu ölkənin Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasını “Dağlıq Qarabağın ələ keçirilməsi” kimi qeyd etməsi qəbuledilməzdir. Qarabağ bölgəsi hər zaman ölkəmizin ayrılmaz hissəsi olub və 30 ilə yaxın Ermənistan tərəfindən işğal altında idi. Niderlandın Ermənistanın bu qanunsuz hərəkətlərinə göz yumması təəssüf doğurur. Azərbaycanın bu ərazilərin azad edilməsi ilə bağlı tədbirləri beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, habelə bu və ya digər şəkildə yanlış dəyərləndirilə bilinməyəcək qədər ölkəmizin suveren hüququ olub.
Bununla yanaşı, biz Azərbaycanın Qarabağ bölgəsinin qondarma “Dağlıq Qarabağ” şəklində yanlış adlandırılmasını qətiyyətlə rədd edirik. Bu, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının daha bir bariz təzahürüdür. Respublikamızda “Dağlıq Qarabağ” adlı inzibati və ya coğrafi vahid olmadığını, habelə hər bir dövlət və təşkilatın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində ölkəmizin müvafiq orqanları tərəfindən standartlaşdırılmış və Birləşmiş Millətlər Təşkilatının Coğrafi Adlar üzrə Ekspertlər Qrupu çərçivəsində qəbul edilmiş coğrafi adlara istinad etməli olduğunu bir daha təkrarlayırıq.
Biz Niderland tərəfini Azərbaycan ilə Niderland arasında ikitərəfli münasibətləri daha da sarsıdan, regionun beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında gələcək inkişafına mane olan bu cür bəyanatlara son qoymağa çağırırıq”.
İlham Əliyev Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda aparılan işlərlə tanış olub
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında tanıdılıb
Ağdam şəhərində “İmarət” stadionunun təməli qoyulub
“Azercell Biznes”in yeni “İnfoHUB” xidməti ilə biznesinizin məlumat bazası və cavablarınız bir mərkəzdə!
Azərbaycandakı ali məktəblərdə 6680 əcnəbi təhsil alır
İlham Əliyev Ağdamda bir sıra açılışlarda iştirak edib
Komitə sədri Rusiya müsəlmanlarının qurultayında iştirak edəcək
Ağdamda elektrik avadanlıqları istehsalı zavodu açılıb
Sabah Bakıda arabir yağış yağacaq,25° isti olacaq
Ağdam Sənaye Parkında ayaqqabı fabrikinin açılışı olub
“ADEX-2024” sərgisində 38 ölkədən 270-dək şirkət iştirak edəcək
Azərbaycan Ticarət Forumu keçiriləcək
İlham Əliyev Ağdamda səfərdədir
Bakıda Kəlağayı festivalı keçiriləcək
Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyada rəsmi səfərdədir
Antiterror əməliyyatlarının ildönümü münasibətilə İkinci Fəxri xiyabanda anım mərasimi keçirilib
Yol polisinin tələbinə riayət etməyən sürücü həbs edilib
Bakıda “Yaşıl iqtisadiyyat naminə kibertəhlükəsizlik” mövzusund konfrans keçirilir
20 sentyabr Azərbaycanda Dövlət Suverenliyi Günü olacaq
Azərbaycan QHT-ləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb
Azərbaycan nefti 76,97 dollara satılır
Xəzərdə 4 ballıq zəlzələ olub
"Bakcell"dən abunəçilərə geniş seçim imkanı verən "Star" tarifi
Ermənistanın sülhlə bağlı təkliflərə 70 gün ərzində cavab verməsi suallar doğurur