logo

Moskva Paşinyanın KTMT-yə dair bəyanatı ilə razılaşmır

13:53 18-09-2024 | icon 371
Moskva Paşinyanın KTMT-yə dair bəyanatı ilə razılaşmır

Moskva baş nazir Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistanın suverenliyinə təhlükə yaratması ilə bağlı fikirləri ilə razılaşmır.

YeniAvropa xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Biz cənab Paşinyanın fikirləri ilə qəti şəkildə razılaşa bilmərik. KTMT-dən Ermənistanın suverenliyinə heç bir təhlükə gələ bilməz və gəlmir. Əksinə, bu təşkilat üzv dövlətlərin suverenliyinin keşiyində durur. Amma biz bu mövqeyi səbirlə Ermənistan rəhbərliyinin diqqətinə çatdıracağıq”.

Baş nazir Nikol Paşinyan ikinci erməni qlobal sammitində deyib ki, Ermənistan KTMT-də iştirakını dondurub, çünki bu struktur ölkənin təhlükəsizliyinə, gələcək mövcudluğuna və suverenliyinə təhdid yaradır. O əlavə edib: “KTMT bizim verdiyimiz suallara nə qədər uzun müddət cavab verməsə, təşkilatla münasibətlərdə geriyə dönüşün olmayacağı məqam da bir o qədər yaxınlaşacaq”.