logo

Rusiya cəsusluq adı ilə 6 britaniyalı diplomatı ölkədən çıxarır

12:12 13-09-2024 | icon 1540
Rusiya cəsusluq adı ilə 6 britaniyalı diplomatı ölkədən çıxarır

Rusiya casusluq ittihamı ilə əlaqədar Böyük Britaniya səfirliyinin altı əməkdaşının akkreditasiyasını ləğv edib.

YeniAvropa xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) onların fəaliyyətinin ölkənin təhlükəsizliyini təhdid etdiyini bildirib.

“Britaniya beynəlxalq hərbi-siyasi vəziyyətin gərginləşdirilməsində rol oynayıb. Bu siyasətin həyata keçirilməsini koordinasiya edən əsas qurum Böyük Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktorluğudur”, - deyə məlumatda qeyd olunub.

Bildirilib ki, belə faktlara və Londondan gələn çoxsaylı qeyri-dost addımlara cavab olaraq Britaniyanın Rusiyadakı səfirliyinin siyasi şöbəsində çalışan altı diplomatın akkreditasiyası ləğv edilib.