logo

Göygöldə Moruq festivalı keçirilir

11:55 14-09-2024 | icon 861
Göygöldə Moruq festivalı keçirilir

Azərbaycanda ilk dəfə Moruq festivalı keçirilir.

YeniAvropa xəbər verir ki, Göygöl rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Keşkü kəndində təşkil olunan festivalda ziyarətçilərə moruq istehsalı ilə daha yaxından tanış olmaq imkanı yaradılıb, yerli istehsalçılar tərəfindən təqdim olunan moruq sortlarının dequstasiyası və satışı təşkil edilib. Festivala gələn ziyarətçilər bəyəndikləri məhsulları ən sərfəli qiymətə almaq imkanı da qazanıblar.

Tədbir çərçivəsində qonaqlar üçün müxtəlif əyləncəli şou proqramların nümayişi nəzərdə tutulur.