logo

Oğuzda narkokuryerlik edən şəxslər saxlanılıblar

11:55 13-09-2024 | icon 686
Oğuzda narkokuryerlik edən şəxslər saxlanılıblar

Oğuz кayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Raqif Məmmədov, qardaşı Rövşən və tanışları Saleh Qəribov saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, onlardan 436 qram heroin və 1 kiloqrama yaxın marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.