logo

İlham Əliyev “Xaqani” bağında aparılan abadlıq işləri ilə tanış olub

09:30 14-09-2024 | icon 1421
İlham Əliyev “Xaqani” bağında aparılan abadlıq işləri ilə tanış olub

Prezident İlham Əliyev sentyabrın 14-də Bakının Səbail rayonunda yerləşən “Xaqani” bağında və ətraf ərazilərdə aparılmış abadlıq-yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlət başçısına bağda həyata keçirilən abadlıq-yenidənqurma işləri barədə məlumat verib.

Bildirilib ki, “Xaqani” bağının mövcud ərazisi genişləndirilib, istirahət guşəsinin ətrafındakı Rəsul Rza, Qoqol və Xaqani küçələrində avtomobil yolları ləğv edilərək piyadaların istifadəsinə verilib. Ümumi ərazisi 1,4 hektar olan bağın ərazisində yaşıllaşdırma, işıqlandırma işləri görülüb, müasir oturacaqlar quraşdırılıb, uşaq əyləncə zonası yaradılıb və ətrafda olan yaşayış binalarında təmir-bərpa işləri aparılıb.