logo

Türkmənistandan qalxan toz 2 gün Bakı səmasında qalacaq

09:09 29-08-2024 | icon 1134
Türkmənistandan qalxan toz 2 gün Bakı səmasında qalacaq

“Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən bu gün səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur”.

YeniAvropa xəbər verir ki,  bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova məlumat verib. Bildirib ki, havada tozun miqdarı normadan 1,3 dəfə artıqdır.

Xidmət rəsmisinin sözlərinə görə, peyk görüntülərinə əsasən müşahidə olunan tozlu hava şəraitinə səbəb Türkmənistan ərazisindən ölkəmizə daxil olan toz dumanıdır.

“Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir”.