logo

Rusiyada müdafiə nazirinin sabiq müavini həbs edilib

15:15 29-08-2024 | icon 3255
Rusiyada müdafiə nazirinin sabiq müavini həbs edilib

Rusiyada müdafiə nazirinin sabiq müavini Pavel Popov saxlanılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb. O, dələduzluqda şübhəli bilinir.

İstintaqın məlumatına görə, 2021-2024-cü illərdə “Patriot” hərbi-vətənpərvərlik parkının inkişafı, saxlanması və istismarına cavabdeh olan Popov əvvəllər cinayət məsuliyyətinə cəlb edilmiş parkın direktoru Vyaçeslav Əhmədov və Rusiya Federasiyası Müdafiə Nazirliyinin Baş innovativ inkişaf İdarəsinin rəis müavini Vladimir Şesterov ilə birlikdə bu qurumun hesabına varlanıb.

Ordu generalı P.Popov 2013-2024-cü illərdə Rusiya Federasiyası müdafiə nazirinin müavini vəzifəsini tutub.