logo

Şabranda yük maşını körpüdən aşıb:2 nəfər ölüb

10:10 29-08-2024 | icon 2604
Şabranda yük maşını körpüdən aşıb:2 nəfər ölüb

Bakı - Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN mətbuat xidmətinin Quba regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, avqustun 29-u səhər saatlarında Bakı – Quba - Rusiya Federasiyası ilə dövlət sərhəddi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində DAF markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib və avtomobil körpüdən aşıb.

Qəza nəticəsində avtomobilin ön hissəsi yanıb, sürücü və sərnişin aldığı xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.