logo

Azərbaycanda 30 ölkədən olan əcnəbi məhkum cəza çəkir

11:55 29-08-2024 | icon 1162
Azərbaycanda 30 ölkədən olan əcnəbi məhkum cəza çəkir

Azərbaycan Respublikasında cəza çəkən əcnəbi məhkumların ən çox istifadə etdiyi 4 dildə onların hüquqlarının izahı ilə bağlı stendlər quraşdırılıb. Bunlar Azərbaycan, rus, fars və ingilis dilləridir.

YeniAvropa xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Hüquq şöbəsinin rəisi, ədliyyə polkovniki Ziya Dadaşov avqustun 29-da keçirilən "Şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiəsi” mövzusunda seminarda deyib.

O bildirib ki, respublikamızın cəzaçəkmə müəssisələrində ABŞ, Banqladeş, Belarus, Çin, Əfqanıstan, Əlcəzair, Ermənistan, Gürcüstan, Hindistan, İran, İraq, Konqo, Liberiya, Maldiv, Mərakeş, Misir, Moldova, Nigeriya, Oman, Özbəkistan, Qazaxıstan, Qvineya, Pakistan, Rusiya, Şri-Lanka, Sudan, Tacikistan, Türkiyə, Türkmənistan və Ukrayna vətəndaşları cəza çəkirlər. O cümlədən 4 nəfər vətəndaşlığı olmayan şəxs, 4 Rusiya vətəndaşı, 4 Gürcüstan vətəndaşı, bir İran vətəndaşı və bir Qazaxıstan vətəndaşı ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkirlər.