logo

UEFA Konfrans Liqası:“Zirə” bu gün cavab oyununa çıxacaq

09:49 29-08-2024 | icon 1435
UEFA Konfrans Liqası:“Zirə” bu gün cavab oyununa çıxacaq

“Zirə” klubu bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununu keçirəcək.

YeniAvropa xəbər verir ki, “qartallar” Bakıda Kiprin “Omoniya” komandasını qəbul edəcək. “Liv Bona Dea Arena”da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.

Görüşü latviyalı FIFA referisi Vitali Spasennikov idarə edəcək.

Qeyd edək ki, “Zirə” səfərdə keçirilmiş ilk oyunda rəqibinə 0:6 hesabı ilə uduzub.