Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Abşeron sakinlərinə müraciət edib.
“Azəriqaz”dan YeniAvropa-ya bildirilib ki, "Masazır" QPS-də mövcud qaz sızmalarının ləğv edilməsi məqsədilə avqustun 30-u saat 11:00-dan 16:00-dək qaz təchizatı dayandırılacaq.
Təmir-bərpa işləri aparılan müddətdə Masazır qəsəbəsinin, Zəngilan Qaçqın şəhərciyinin, Abşeron Gənclər şəhərciyinin, “Viktoriya-313” və “Saray-H” MTK-ların və 10 sənaye obyektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.