Bakı Nəqliyyat Agentliyinin(BNA) mütəxəssisləri Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində yol hərkətinin təşkili ilə bağlı təhlillər aparıb. Bu haqda YeniAvropa-ya BNA-dan bildirilib. Məlumatda qeyd olunur ki, sözügedən küçədə yol infrastrukturunun daha da təkmilləşdirilməsi və zəruri şəraitin yaradılması üçün bir sıra nəqliyyat tədbirlərinin görülməsinin vacib olduğu müəyyən edilib.
Belə ki : küçə boyunca yolun sağ və sol tərəfində iaşə obyektlərinin mövcud olması səbəbindən yol kənarında nəqliyyat vasitələri qanunsuz park edilir; 9 marşrut xəttinin keçməsinə baxmayaraq, küçə boyunca dayanacaq məntəqələri və yol nişanlama xətləri standartlara uyğun təşkil edilməyib; yolun asfalt-beton örtüyü yarasız vəziyyətdə olduğundan həmin ərazidə mütəmadi olaraq tıxac və insan təlafatı ilə nəticələnən yol nəqliyyat hadisələri baş verir kimi nöqsanlar aşkar edilib.
Məlumatda daha sonra qeyd edilən çatışmazlıqların aradan qaldırılması üçün : Sakit Qocayev küçəsində yol hərəkətinin səmərəli təşkili və təhlükəsizliyin artırılması, piyadaların rahatlığının təmin edilməsi məqsədilə sözügedən küçədə yol nişanlanma xətlərinin çəkilməsi, çatışmayan yol nişanlarının quraşdırılması, Şamil Kamilov küçəsi ilə kəsişmədə yeni svetofor obyektlərinin quraşdırılması (buna uyğun olaraq svetofor fazalarının müəyyən edilməsi), piyada keçidləri, pandusların və avtobus dayanacaq məntəqələrinin standartlara uyğun quraşdırılması kimi zəruri tədbirlərin görülməsi vacib hesab edilir.
Daha ətraflı aşağıdakı linkdə:
https://www.youtube.com/watch?v=-NiEvVprh80&feature=youtu.be