fevralın 28-də "Caspian European Club" təşkilatçılığı ilə Bakıda Maliyyə Forumu keçirəcək.YeniAvropa xəbər verir ki, bu barədə yanvarın 17-də jurnalistlərə açıqlamasında "Caspian European Club"un baş icraçı direktoru Mustafa Abbasbəyli məlumat verib.
"Forumda maliyyə sahəsində fəaliyyət göstərən dövlət qurumlarının, Maliyyə, İqtisadiyyat və Vergilər nazirlikləri, Maliyyə Bazarlarına Nəzarət Palatası, Dövlət Neft Fondunun iştirakı gözlənilir", - deyə o, bildirib.