logo

Maştağada sərnişin avtobusunun vurduğu piyada xəstəxanada öldü

12:31 26-01-2019 | icon 4648
Maştağada sərnişin avtobusunun vurduğu piyada xəstəxanada öldü

Paytaxtın Maştağa qəsəbəsində sərnişin avtobusunun vurduğu piyada xəstəxanada dünyasını dəyişib. 

 YeniAvropa xəbər verir  ki, bu haqda  Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd edilib ki, yanvarın 20-də saat 20 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini Məhərrəm Mailov idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə yolu keçən Bakı şəhər sakini Ravil Əliyevi vurub.

Xəstəxanaya yerləşdirilən R.Əliyev yanvarın 25-də orada ölüb.

Faktla bağlı Sabunçu RPİ tərəfindən araşdırmalar aparılır.