Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşıb. YeniAvropa xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,65 dollar ucuzlaşaraq 70,98 dollar olub.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,09 dollar azalaraq 69,06 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti isə 0,08 dollar ucuzlaşaraq 63,65 dollar təşkil edib.