Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən beynəlxalq “CAPSAT 2018” rabitə və peyk sərgisində Azərbaycan da təmsil olunur. YeniAvropa xəbər verir ki, üç gün davam edən tədbirdə kosmik kluba üzv olan ölkələrin rabitə və peyk xidmətləri sahəsində əldə etdiyi texnoloji yeniliklər sərgilənir. Sərgidə “Azərkosmos” ASC-nin rəsmiləri də iştirak edirlər. Azərbaycana aid stenddə ölkəmizin müasir peyk imkanları və telekommunikasiya xidmətlərindəki fəaliyyəti sərgilənir.
Azərbaycanı təmsil edən mütəxəssislər stendimizlə maraqlanan sərgi iştirakçılarına “Azerspace-1” peykinin imkanları və potensialı barədə məlumat veriblər. Bildirilib ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə ölkəmiz qısa zamanda kosmik sahənin inkişafında önəmli irəliləyiş əldə edib. “Azerspace-2” peyki isə bu ilin aprel ayında orbitə göndəriləcək.