"Titanik-2” orijinalından fərqlənməyəcək. Belə ki, əvvəlki “Titanik”də olduğu kimi burada da türk hamamı və hovuz olacaq. Sərnişinlər 1-ci, 2-ci və 3-cü siniflərə bölünəcəklər. Ancaq “Titanik-2” orijinalından 13 metrə daha uzun olacaq. Bundan başqa, gəminin marşrutunda da dəyişiklik edilib. “Titanik-2” Sauthempton-Nyu York deyil, Çin-Dubay arasında işləyəcək.
Xatırladaq ki, ilk “Titanik” gəmisi 1912-ci ildə Atlantik okeanında aysberqlə toqquşaraq sulara qərq olub. Göyərtəsindəki 1316 sərnişin və 908 heyət üzvündən yalnız 705 nəfər xilas olsa da, 1 514 nəfər həyatını itirib.