logo

Göyçayda 11 kənd yaşayış məntəqəsini birləşdirən avtomobil yolu yenidən qurulur

19:32 14-01-2018 | icon 2779
Göyçayda 11 kənd yaşayış məntəqəsini birləşdirən avtomobil yolu yenidən qurulur

Göyçay rayonunda Cəyirli-Ləkçiplaq-Qaraxıdır-Bəydövül-Alpoud avtomobil yolunun yenidənqurulması işlərinə başlanılıb. YeniAvropa-ya  xəbər verir ki, Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun ümumi uzunluğu 23 kilometrdir. Hazırda ərazidə ağır texnikalar və işçi qüvvəsi çalışır. Əvvəlcə yolda söküntü və torpaq işləri görülür, yol yatağı və yol əsası inşa edilir. Uzun illərdir ki, istismar olunduğu üçün yararsız hala düşən mövcud 4-cü texniki dərəcəli bu yolun eni 6 metr olub. Yaşayış məntəqələrində əhalinin sayının artması və avtomobillərin intensiv hərəkəti zamanı yaranan sıxlıq nəzərə alınaraq yeni layihəyə əsasən hazırda aparılan yenidənqurma işləri zamanı yolun hərəkət hissəsinin eni 6 metrdən 12 metrədək genişləndirilib. Dövlət proqramına uyğun olaraq salınan yeni yol 4 hərəkət zolağından ibarət olacaq.

Qeyd edək ki, Cəyirli-Ləkçiplaq-Qaraxıdır-Bəydövül-Alpoud avtomobil yolunun yenidən qurulması 11 yaşayış məntəqəsinin 16 mindən çox sakininin Göyçay şəhərinə gediş-gəlişini, eləcə də Bakı-Şamaxı-Yevlax və Bakı-Qazax magistral avtomobil yollarına rahat, maneəsiz və təhlükəsiz şəkildə çıxışını təmin etməklə, yük və sərnişin daşınmasını xeyli asanlaşdıracaq.