2017-ci ildə “Azərenerji” ASC-nin “186” saylı “Qaynar xətt”i öz operativliyini tam təmin edib. Bu dövr ərzində “Qaynar xətt”ə 12 min 12 zəng daxil olub. Operatorlar tərəfindən bütün zənglər 24 saat, həftənin şənbə və bazar günləri də daxil olmaqla diqqətlə dinlənilib, araşdırılıb və aidiyyəti üzrə yönləndirilib. Təkcə Yeni il bayramı günlərində bu xidmətə 70 zəng olub. YeniAvropa-ya bu barədə “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətindən məlumat verilib. Məlumatda qeyd olunub ki, respublikanın şəhər və rayonlarından gələn müxtəlif məzmunlu müraciətlər əsasən bildiriş, cərimə, elektrik xətti, enerji borcu, sayğac, smart-kart, nəzarətçinin davranışı və fasilələrlə əlaqədar olub.
2018-ci ildə də “Azərenerji” ASC-nin “Qaynar xətt”i istənilən kateqoriyalı şəxslərə müvafiq xidmətini göstərəcək.