2016-cı ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 11,6 faiz artıb, real ifadədə isə 10,9 faiz, o cümlədən ixrac 6,5 faiz, idxal 17,6 faiz azalıb.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ixracın 31,4 faizini İtaliyaya, 10,5 faizini Türkiyəyə, 4,5 faizini İsrailə, 4,2 faizini Rusiyaya, 3,9 faizini Kanadaya, 3,8 faizini Çexiyaya, 3,6 faizini Almaniyaya, 3,5 faizini Çinə, 3,4 faizini Gürcüstana, 3,2 faizini İndoneziyaya, 3,0 faizini Portuqaliyaya, 2,9 faizini Hindistana, 2,7 faizini Fransaya, 2,4 faizini Ukraynaya, qalan 17,0 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,5 faizi Rusiya, 14,7 faizi Türkiyə, 9,8 faizi Çin, 8,7 faizi ABŞ, 5,2 faizi Ukrayna, 4,9 faizi Almaniya, 3,6 faizi İtaliya, hər biri 2,7 faiz olmaqla İran və Birləşmiş Krallıq, 2,2 faizi Braziliya, 1,9 faizi Yaponiya, hər biri 1,7 faiz olmaqla Norveç və Fransa, 22,7 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.
2017-ci ilin yanvar-noyabr aylarında 1 milyard 386,7 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2016-cı ilin yanvar-noyabr aylarına nisbətən faktiki qiymətlərlə 24,1 faiz, real ifadədə isə 21,8 faiz çoxdur.(Trend)