logo

Lənkəran düyüsü “Made in Azerbaijan” brendi ilə xarici bazarlara çıxarılacaq

12:08 14-01-2018 | icon 2688
Lənkəran düyüsü “Made in Azerbaijan” brendi ilə xarici bazarlara çıxarılacaq

Tezliklə Lənkəranda istehsal olunan "Haşimi" düyüsü “Made in Azerbaijan” brendi ilə xarici bazarlara çıxarılacaq. YeniAvropa  xəbər verir ki, ötən il Lənkəranda gündəlik 10 ton emal və 20 ton qurutma gücünə malik çəltik emalı zavodu istifadəyə verilib. Regionda əhəmiyyətli layihələrdən olan bu müəssisə hazırda tam gücü ilə fəaliyyət göstərir və düyü istehsalı sahəsində ixtisaslaşmış ölkələrin qabaqcıl texnologiya və təcrübələrindən yararlanır.

Xatırladaq ki, Lənkəranın Girdəni, Siyavar və digər kəndlərində becərilən yerli “Haşimi” düyüsü özünəməxsus dada və fərdi xüsusiyyətlərə malikdir. "İstər daxili, istərsə də xarici bazarlarda ekoloji cəhətdən təmiz düyüyə böyük ehtiyac var. O cümlədən Lənkəranda istehsal edilən düyüyə də böyük tələbat var. Emal etdiyimiz məhsulları “Made in Azerbaijan” brendi ilə xarici bazarlara çıxarmaq üçün danışıqlar aparırıq. Yaxın gələcəkdə Lənkəran düyüsü bir çox xarici ölkə bazarlarına çıxarılacaq”,-deyə çəltik emalı zavodunun direktoru Emin Cəbizadə bildirib.

Qeyd edək ki, hazırda zavodda 15 nəfər daimi işlə təmin edilib. Gələcəkdə müəssisənin istehsal gücünün iki dəfə artırılması , eləcə də işçilərin sayının 60 nəfərə çatdırılması nəzərdə tutulub.