logo

Azərbaycan nefti 71 dollaradək ucuzlaşdı

10:53 13-01-2018 | icon 2471
Azərbaycan nefti 71 dollaradək ucuzlaşdı

Azərbaycan neftinin qiyməti  yenidən ucuzlaşıb. YeniAvropa  xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,84 dollar ucuzlaşaraq 71 dollar təşkil edib.

Qeyd edək ki, yanvarın 12-də Azərbaycan neftinin bir barreli 71,84 dollara satılıb və bu, 2014-cü il dekabrın 4-dən indiyədək maksimum qiymət göstəricisi olub.