“NordStar” aviaşirkəti Samara üzərindən Norilsk-Bakı reysi üzrə uçuşlara başlayır
Rusiyanın “NordStar” aviaşirkəti martın 5-dən Samara üzərindən Norilsk-Bakı aviareyslərini həyata keçirməyə başlayacaq. YeniAvropa Rusiyanın "TASS " informasiya agentliyinə istinadla xəbər verir ki, aviareyslər həftədə bir dəfə olmaqla yerinə yetiriləcək.
Məlumatda qeyd olunur ki, hazırda aviaşirkətin təyyarələri Bakıya Ufa üzərindən uçur. Samara üzərindən uçuşlar həyata keçirilməsi ilə arktik şəhərdən Azərbaycan paytaxtına aviareyslərin sayı həftədə iki dəfəyə çatacaq. Yeni istiqamət üzrə aviareyslər Boeing 737-800 təyyarələri ilə həyata keçiriləcək.