logo

Bakıda texniki cəhətdən yararlı olan avtobusların sayı azdır

13:38 12-01-2018 | icon 2555
Bakıda texniki cəhətdən yararlı olan avtobusların sayı azdır

YeniAvropa xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) direktorunun müşaviri Mübariz Abbasov deyib. Onun sözlərinə görə,  bununla bağlı BNA tərəfindən daşıyıcılara müvafiq göstərişlər verilib. "Avtobusların yenidən təmir edilməsi, yeni avtobusların alınması ilə bağlı onlar qarşısında tələblər qoyulub. Texniki cəhətdən yararlı olan avtobusların sayının az olması qanun pozuntusu baş verdikdə marşrut xəttinin başqa bir daşıyıcıya verilməsi məsələsini çətinləşdirir. Bundan əlavə 2018-ci ildə BNA daşıyıcılar üçün yeni tələblər hazırlayıb. Bu tələblər sırasına sürücülərin BNA-nın Sürücü Təlim Mərkəzinə cəlb edilməsi, onların işə götürülməsi barədə agentliyə məlumat verilməsi, avtobusların yenilənməsi, nağdsız ödəniş sisteminə keçirilməsi və istehsalat bazalarının yaradılması daxildir",-deyə o, bildirib..

M.Abbasov  həmçinin , qeyd edib ki, Bakı Nəqliyyat Agentliyinin sürücü bazasında qeydiyyatda olan 3008 sürücü barədə Daxili İşlər Nazirliyinə (DİN), Səhiyyə Nazirliyinə və digər aidiyyəti qurumlara məlumat göndərilib. DİN tərəfindən verilən cavaba əsasən 461 sürücünün əvvəllər məhkum olunması aşkarlanıb.

Mübariz Abbasov daha conra qeyd edib ki, BNA onlara təqdim olunan cavabları daşıyıcılara təqdim edib. Daşıyıcılar tərəfindən bu istiqamətdə müvafiq işlər görülür.