logo

“AzəriLayt” ilk dəfə 72 dollaradək yüksəldi

10:03 12-01-2018 | icon 2450
“AzəriLayt” ilk dəfə 72 dollaradək yüksəldi

Azərbaycan neftinin bir barreli son 3 ildə ilk dəfə olaraq 72  dollaradək yüksəlib. YeniAvropa  xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,59 dollar bahalaşaraq 71,84 dollar olub.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,12 dollar ucuzlaşaraq 69,14 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti isə 0,30 dollar azalaraq 63,50 dollar təşkil edib.