logo

Hövsanda 27 dayanacaq məntəqəsində yol nişanları qoyulub

18:42 11-01-2018 | icon 2429
Hövsanda 27 dayanacaq məntəqəsində yol nişanları qoyulub

Məlum avtobus qəzasından sonra daşıyıcısı , eləcə də marşrut istiqaməti dəyişdirilən 175 nömrəli marşrut xətti üzrə 27 dayanacaq məntəqəsində yol nişanları qoyulub. Bu barədə YeniAvropa-ya Bakı Nəqliyyat Agentliyindən(BNA) bildirilib. Qeyd olunub ki, sözügedən  marşrut xətti üzrə sərnişindaşımanın mövcud qaydalara uyğun təşkili məqsədilə müvafiq tədbirlər həyata keçirilib. Belə ki, Hövsan şosesi və Hövsan qəsəbəsində marşrut xətti üzrə 27 dayanacaq məntəqəsində müvafiq yol nişanları qoyulub. Dayanacaq məntəqələrindən 15 ədədi yeni təşkil edilib.

Məlumatda həmçinin qeyd olunub ki, sərnişinlərin rahat şəkildə “BakıKart” əldə etməsi eyni zamanda kart balanslarını artıra bilməsi üçün 6 məntəqədə “MilliÖn” terminalları quraşdırılıb.