logo

SOCAR Ukraynada YDM-lərin  sayını artırmağı planlaşdırır

14:32 11-01-2018 | icon 2576
SOCAR Ukraynada YDM-lərin  sayını artırmağı planlaşdırır

SOCAR 2018-ci ildə Ukraynada yanacaqdoldurma məntəqələrinin sayını artırmağı planlaşdırır. YeniAvropa  xəbər verir ki, bu barədə SOCAR-ın Ukraynadakı nümayəndəliyinin başçısı, “SOCAR EnergyUkraine” şirkətinin baş direktoru Elçin Məmmədov məlumat verib. Hazırda Ukraynada SOCAR brendi altında 62 yanacaqdoldurma məntəqəsinin olduğunu deyən E.Məmmədov bildirib ki, paytaxt Kiyev şəhərində və regionlarda əhalinin SOCAR brendi altında yanacaqdoldurma məntəqələrinin sayının artırılması istəyi ilə bağlı müraciətləri daxil olmaqdadır. Ona görə də yeni yanacaqdoldurma məntəqələrinin açılması ilə bağlı müvafiq qurumlarla yazışmalar aparılır.

E.Məmmədov qeyd edib ki, "SOCAR Energy Ukrayna" şirkəti Ukrayna ərazisində yanacaqdoldurma məntəqələri şəbəkəsini inkişaf etdirmək, benzin və neft məhsullarının topdan satışını təşkil etmək üçün yeni layihələrini davam etdirəcək. Şirkət yarandığı ildən bu yana Ukrayna iqtisadiyyatına 200 milyon dollardan artıq sərmayə qoyub”, - deyə E.Məmmədov əlavə edib.

Onun sözlərinə görə, "SOCAR Energy Ukrayna" şirkəti artıq bu ölkənin yanacaq bazarında nüfuzunu təmin edib və öz keyfiyyətli yanacağı ilə seçilir.