logo

Ləğv olunan bankların əmlakı satışa çıxarıldı

13:52 11-01-2018 | icon 2289
Ləğv olunan bankların əmlakı satışa çıxarıldı

Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan bir sıra bankların balansında olan əmlakı satışa çıxarır. YeniAvropa  fonda istinadən xəbər verir ki, yanvarın 16-da ləğv prosesində olan QSC “Standard Bank” KB-nin balansında olan 1 (bir) ədəd “Daewoo Nexia”, 6 (altı) ədəd “Mitsubishi Lancer”, 6 (altı) ədəd “Toyota Corolla”, 1 (bir) ədəd “Toyota Avalon”, 3 (üç) ədəd “Hyundai Accent” markalı avtomobillər, 1(bir) ədəd “Fiat Doblo Cargo” və 1 (bir) ədəd “Mersedes-815” yük avtomobilləri, 2 (iki) ədəd bankomat və 1 (bir) ədəd embosser satışa çıxarılacaq. Bundan əlavə, ləğv prosesində olan “Atrabank” ASC-nin balansında olan 1 (bir) ədəd “Ford Focus”, 1 (bir) ədəd “Mitsubishi Pajero” markalı avtomobillər və 2 (iki) ədəd embosser  da hərraca çıxarılır.

Məlumatda daha sonra qeyd edilib ki,  ləğv prosesində olan “Kredobank” ASC-nin balansında olan qeyri-yaşayış sahəsi və ləğv prosesində olan “Texnikabank” ASC-nin balansında olan bağ evi satışa çıxarılır.

Xatırladaq ki, “Kredobank” ASC-nin balansında olan qeyri-yaşayış sahəsi 250.150,00 manat, bağ evi isə 150.150,00 manat qiymətindədırlər.