2017-ci ildə 1300 kilometr avtomobil yolu salınıb. Bu da çox böyük göstəricidir. YeniAvropa xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasın giriş nitqində deyib.
Dövlət başçısı qeyd edib ki, ötən il beş yüzdən çox kəndə yeni yol salınmışdır. “Biz ilin əvvəlində bəyan etmişdik ki, şərti olaraq 40 kənd yolu layihəsini icra edəcəyik, ancaq hər bir layihənin əhatə dairəsi çox genişdir. Biz il ərzində yol infrastrukturunun yaradılmasına əlavə vəsait ayırdıq və beləliklə, 500-dən çox kəndə yeni gözəl yol salınıbdır”.