logo

Azərbaycan nefti 71 dollaradək bahalaşıb

10:07 11-01-2018 | icon 2030
Azərbaycan nefti 71 dollaradək bahalaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.YeniAvropa  xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,81 dollar bahalaşaraq 71,25 dollar olub.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,10 dollar ucuzlaşaraq 69,10 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti isə 0,07 dollar azalaraq 63,50 dollar təşkil edib.