logo

Ötən il Azərbaycan iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub

22:01 10-01-2018 | icon 2331
Ötən il Azərbaycan iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub

Ötən il Azərbaycan iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub. Bu, çox gözəl göstəricidir. Bu, onu göstərir ki, həm yerli və həm də xarici investorlar ölkəmizə vəsait qoymaqda maraqlıdırlar. Bu, eyni zamanda, sabitliyin təzahürüdür. Çünki indiki dünyada mövcud olan maliyyə və iqtisadi vəziyyətdə xarici ölkələrə vəsait qoymaq bir çox investorlar tərəfindən o qədər də məqbul sayılmır. Ancaq sabit olan ölkələrə və gözəl gələcəyi olan ölkələrə xaricdən investisiyalar qoyulur. YeniAvropa xəbər verir ki, bu fikirləri prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.

Dövlət başçısı vurğulayıb ki, bu il sərmayə qoyuluşu əvvəlki ilin səviyyəsində olacaq. “Biz hesablamalar aparmışıq və təxminən 15 milyard dollar səviyyəsində sərmayə qoyuluşu gözlənilir. Bu rəqəm arta da bilər və biz çalışmalıyıq ki, bu, artsın. Çünki Azərbaycan bu gün dünya miqyasında sərmayə qoyuluşu üçün çox cəlbedici ölkəyə çevrilibdir. Həm iqtisadi sabitlik, valyuta ehtiyatlarımız, siyasi sabitlik və Azərbaycanda həyata keçirilən önəmli layihələrin kommersiya cəlbediciliyi xarici sərmayənin cəlb edilməsində bizə kömək göstərəcək”, - deyə İlham Əliyev vurğulayıb.