Bu gün səhər saatlarında Şəki-Kiş avtomobil yolunda baş vermiş qəza zamanı xəsarət almış 3 nəfər ərəb turistin vəziyyəti normaldır. Xəstəxanada ambulator yardım göstərildikdən sonra onlar qaldıqları otelə göndəriliblər.
YeniAvropa xəbər verir ki, bu barədə Şəki rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Qəza zamanı xəsarət alan 4 nəfər Şəki sakinindən ikisinin vəziyyəti ağır, biri isə orta-ağır kimi qiymətləndirilir. Onlar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər. Qəzada xəsarət alan digər sakinə isə ambulator yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.