Qaradağ rayonunun Qobustan qəsəbəsi yaxınlığında sahildən üç kilometr məsafədə dənizdə taxta qayıqda köməksiz vəziyyətdə qalmış iki balıqçı xilas olunub.
Fövqəladə Hallar Nazirliyindən YeniAvropa-ya bildiriblər ki, balıqçıların olduğu qayıq nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən yedəyə alınaraq sahilə gətirilib.