Birləşmiş Ərəb Əmirliklərinin “Air Arabia” büdcə aviaşirkəti Şarca-Qəbələ birbaşa aviareysi açacaq. YeniAvropa xəbər verir ki, bu haqda ərəb KİV-i məlumat yayıb. “Air Arabia”nın baş icraçı direktoru Adil əl-Əli jurnalistlərə müsahibəsində uçuşların həftədə 3 dəfə olmaqla bazar ertəsi, çərşənbə və cümə günləri yerinə yetiriləcəyini bildirib. Onun sözlərinə görə, təyyarələr “Şarja” beynəlxalq hava limanından yerli vaxtla saat 13:00-da qalxacaq və saat 16:10-da “Qəbələ” hava limanına enəcək. Geri dönüş saatı isə 17:15 - 19:50-dir.
Baş icraçı direktor onu da bildirib ki, “Air Arabia” ilə AZAL arasındakı əməkdaşlıq nəticəsində yaradılan yeni marşrut 2018-ci il iyunun 27-də işə salınacaq.