logo

Azərbaycan və Belarusun fond birjaları arasında memorandum imzalanıb

12:08 08-01-2018 | icon 2401
Azərbaycan və Belarusun fond birjaları arasında memorandum imzalanıb

Bakı Fond Birjası (BFB) ilə Belarus Valyuta-Fond Birjası arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb. BFB-dən YeniAvropa-ya  bildiriblər ki, sənəd Bakı Fond Birjasının İdarə Heyətinin sədri Vüqar Namazov və Belarus Valyuta-Fond Birjasının İdarə Heyətinin sədri Andrey Auximenya tərəfindən imzalanıb.

Memorandumun məqsədi hər iki təşkilat arasında qarşılıqlı əlaqələrin yaradılması və inkişaf etdirilməsi, birja fəaliyyətinin effektiv və dayanıqlılığının təmin edilməsi istiqamətində birgə təcrübənin bölüşdürülməsi, listinqin inkişaf etdirilməsi, yeni maliyyə alətlərinin bazara çıxarılmasında hüquqi bazanın öyrənilməsi və xarici investorların kapital bazarlarına çıxarılması üçün post-ticarət institutları arasında əlaqələrin qurulmasına dəstəyin göstərilməsi, eləcədə təlim və təcrübə proqramlarının təşkil edilməsindən ibarətdir.