Noyabrın 14-də saat 02:15 radələrində Daşkəsən rayonunun Quşçu kəndində 1970-ci il təvəllüdlü Tağıyev Pənah Cəmil oğluna məxsus ikimərtəbəli, 3 otaqlı, ümumi sahəsi 150 kvadratmetr olan fərdi yaşayış evində yanğın hadisəsi baş verib.
YeniAvropa xəbər verir ki, bu haqda rayon icra hakimiyyətindən bildirilib. Qeyd edilib ki, hadisə nəticəsində Tağıyev Pənah Cəmil oğlunun gəlini, 1990-cı il təvəllüdlü Tağıyeva Sevinc Şahin qızı, nəvələri - 2010-cu il təvəllüdlü Tağıyeva Aysun Asim qızı, 2012-ci il təvəllüdlü Tağıyev Sakit Asim oğlu, 2017-ci il təvəllüdlü Tağıyev Sadiq Asim oğlu və qız nəvəsi 2007-ci il təvəllüdlü Edilxanova Günel Qoşqar qızı ölüb.
Hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.