Noyabrın 13-də səhər saatlarında Binəqədi rayonunun Məmməd Əmin Rəsulzadə qəsəbəsində məcburi köçkünlərin yaşadıqları binada yanğın baş verib.
YeniAvropa xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə birqadaları cəlb edilib. Hazırda yanğın söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.