Noyabrın 8-də saat 3 radələrində Ucar rayonunun Müsüslü kəndi ərazisində Ağdam rayon sakini Yusifəli İsmayılov idarə etdiyi “Ford Transit” markalı avtomobillə qəflətən yolun hərəkət hissəsinə çıxaraq, Ucar rayon sakini Qurban Hacıyevə məxsus qoyun sürüsünü vurub. YeniAvropa xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb. Hadisə nəticəsində 42 baş qoyun tələf olub.
Y.İsmayılov izahatında digər bir maşının-dövlət qeydiyyat nişanlarını görmədiyi “KamAZ” markalı avtomobilin də heyvan sürüsünün üzərindən keçərək getdiyini bildirib.
BDYPİ tərəfindən araşdırma aparılır