Nəsimi rayonunda ümumi sahəsi 35 kvadratmetr olan birmərtəbəli ikiotaqlı evdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən YeniAvropa-ya bildiriblər ki, hadisə nəticəsində ev yanıb. Yanğının kəşfiyyatı zamanı 1941-ci il təvəllüdlü Axundova Tamella Həbib qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.