logo

Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 26 milyard manatdan artıqdır

20:32 05-01-2018 | icon 2324
Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 26 milyard manatdan artıqdır

Noyabr ayı üzrə bank sektorunun icmal göstəriciləri açıqlanıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasından YeniAvropa-ya bildirilib ki, Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 26,393.9 milyon manat, cəmi öhdəlikləri isə 23,255 milyon manat təşkil edib. Sektorun balans kapitalı 3,138.9 milyon manat, əhalinin əmanətləri isə 7,346.6 milyon manat olub. Noyabr ayında əhalinin əmanətləri 1.3 faiz və ya 96.4 milyon manat artıb.

Fəaliyyət göstərən 31 bankın filiallarının sayı 547, şöbələrinin sayı 142, ATM-lərin sayı 2,460 olub. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,629 nəfər təşkil edib. Banklar tərəfindən xərclərin optimallaşdırılması strategiyası çərçivəsində filial şəbəkəsinin daralması fonunda noyabr ayı ərzində bank sektorunda çalışan işçilərin sayında 1 faiz və ya 159 nəfər artım olunub.

30 noyabr tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb.