Azərbaycan neftinin qiyməti bahalaşmaqda davam edir.YeniAvropa xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,65 dollar bahalaşaraq 70,54 dollar olub.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,06 dollar ucuzlaşaraq 68,01 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti isə 0,06 dollar azalaraq 61,95 dollar təşkil edib.