Prezident İlham Əliyev Ağdam rayonunun Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. YeniAvropa-nın məlumatına görə, sərəncamda qeyd olunur ki, 5 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycanın 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.