Bu vaxtadək Azərbaycanda hasil edilən 2 milyard tondan çox neftin 240 milyon tonunu SOCAR çıxarıb.YeniAvropa xəbər verir ki, bu haqda SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə “Respublika” qəzetinin 30 dekabr sayında dərc olunan məqaləsində bildirib.
SOCAR-ın birinci vitse-prezidenti bildirib ki, Azərbaycanda hasil edilən 2 milyard tondan çox neftin 300 milyon tonu keçmiş sovet hakimiyyəti dövründə, 700 milyon tonu isə müstəqillik illərində hasil edilib. Bunun da 460 milyon tonu “Azəri”, “Çıraq”, “Günəşli” və “Şahdəniz” yataqları üzrə Konsorsiumun, 240 milyon tonu isə SOCAR-ın payına düşür.