logo

“Neftçi” antirekorda imza atıb

15:15 21-09-2024 | icon 210
“Neftçi” antirekorda imza atıb

Paytaxtın “Neftçi” komandası tarixinin antirekorduna imza atıb.

YeniAvropa  Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, Bakı klubu Azərbaycan çempionatlarında startda ən uzun qələbəsiz seriyasını rəsmiləşdirib.

Bu, Misli Premyer Liqasının cari mövsümündə gerçəkləşib. VII turda “Qarabağ”a 0:4 hesabı ilə uduzan Roman Qriqorçukun yetirmələri startdakı yeddici oyununda da qələbə qazana bilməyib.

“Ağ-qaralar”ın indiyədək mövsümün əvvəlindəki ən uzun qələbəsiz seriyası 2017/2018-ci illər mövsümünə təsadüf edib. Həmin vaxt ardıcıl 6 start oyununda qalib gəlməyən paytaxt təmsilçisi seriyasını 7-ci cəhddə qırıb.

Qeyd edək ki, “Neftçi” 7 turdan sonra 4 xal toplayıb.