Sabah Bakıda 27° isti olacaq
Azərbaycanda sentyabrın 22-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək, havanın temperaturu gecə 16-19°, gündüz 23-27° isti olacaq. Atmosfer təzyiqi 762 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 20-25° isti olacağı proqnozlaşdırılıb.
Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöl rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-9°, gündüz 13-18°, bəzi yerlərdə isə 21° isti olacaq.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Axşam əksər rayonlarda tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10°, gündüz 13-18°, bəzi yerlərdə isə 22° isti olacaq.
Gəncə şəhəri, Qazax, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalan rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Axşama doğru tədricən kəsiləcək. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 14-18°, gündüz 22-27° isti olacağı güman edilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-16°, gündüz 19-24° isti, dağlarda gecə 6-11°, gündüz 14-19° isti olacağı proqnozlaşdırılıb.
Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Ağdaş, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə az qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər arabir duman olacağı gözlənilir. Şərq küləyi 5-10 metr/saniyə, arabir 15 metr/saniyə olacaq. Havanın temperaturu gecə 15-19°, gündüz 25-30° isti olacağı güman edilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-18°, gündüz 21-26° isti, dağlarda gecə 11-15°, gündüz 16-20° isti olacağı proqnozlaşdırılıb.
Antoni Blinken İlham Əliyevi təbrik edib
Konstitusiya Məhkəməsi Milli Məclisə seçkilərin nəticələrini təsdiqləyib
Bu gün Xankəndidə ilk toy olub
Ərdoğan ABŞ-a səfərə gedib
Astarada 37 yaşlı kişini "tok" vurub
46 məntəqədə seçkinin nəticələri ləğv edilib-Məzahir Pənahov
“Neftçi” antirekorda imza atıb
24 yaşlı paytaxt sakini intihara cəhd edib
Daxili İşlər Nazirliyi dələduzlarla bağlı əhaliyə çağırış edib
Zelenski hərbi sahəyə əlavə 12 milyard $ ayrılmasını təsdiqləyib
Sentyabrın 23-də Xankəndi orta məktəbində ilk dərs günü olacaq
Sabah Bakıda 27° isti olacaq
Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyində görüş olub
Dünya çempionatı: Akrobatlarımız komanda hesabında ikinci olublar
İlham Əliyev Malta prezidentini təbrik edib
Azərbaycan təmsilçisi BMT Komitəsinin vitse-sədri seçilib
Bu gün İstanbul derbisi olacaq
Azərbaycan nefti 77,86 dollara satılır
Paytaxtınn bir hissəsində su olmayacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb
Lerik rayonunda zəlzələ olub
AFFA rəhbərliyi Fransada işgüzar görüşlər keçirib
“Azercell” “Neftçilər Günü"nə həsr olunmuş video hazırlayıb
Bakıda yeniyetmə və gənclər arasında VII Robot Olimpiadasının açılış mərasimi olub
“Fənərbağça” – “Qalatasaray” derbisinin biletləri 3 saniyəyə satılıb